Türkiyənin Şanlıurfa rayonunda tarixi qalada doğum günü selfisi çəkmək istəyən şəxsin yıxılma anı təhlükəsizlik kamerasına düşüb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, doğum günündə dostları ilə birlikdə tarixi Şanlıurfa qalasında çıxıb selfi çəkmək istəyərkən yıxılaraq həyatını itirən Halil Dağın faciəvi ölümünün görüntüləri ortaya çıxıb.
Faciəvi olay 2018-ci ilin ilk günündə qeydə alınıb. Şanlıurfadakı telefon dükanı işlədən 38 yaşlı Halil Dağ doğum günündə qonaqları ilə birlikdə tarixi qalaya çıxıb. Dostları ilə birlikdə qalanı gəzən Halil Dağ, iddiaya görə, doğum günü selfisi çəkmək üçün uçurumun kənarındakı bir qayanın üstünə çıxıb.
Fonda Balıklıgölün mənzərəsini götürməyə çalışan Dağ müqavimətini itirərək təxminən 20 metr hündürlükdən yıxılıb. Ağır yaralanan 8 uşaq atasını təcili yardımla xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub