Baham adalarında dənizdə çimən bir uşaq eyni vaxtda dörd köpəkbalığının hücumundan xilas olub. Hücuma hazırlaşan dəniz yırtıcılarını dron operatoru aşkarlayıb.
Mynews.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Dronun sahibi Artyom Tkaçenkonun çəkdiyi görtüntü “YouTube” videoportalına yerləşdirilib. Videçarxda təhlükəni görməyən azyaşlının suya qaçdığını və birbaşa dörd dəniz yırtıcısının olduğu istiqamətdə üzdüyünü görmək olur.
Köpəkbalıqları bir neçə saniyə ərzində uşağa yaxınlaşıb. Çimərliyin gözəl mənzərəsini çəkən uçan aparatın operatoru vəziyyətin ciddi olduğunu anlayaraq, dərhal uşağı haraylayıb və köpəkbalıqları barədə xəbərdar edib. Məhz dron operatorunun sayıqlığı nəticəsində uşaq son anda sahilə üzüb və xilas olub.
“Allaha şükürlər olsun, yaxşı ki, o məni vaxtında eşitdi”, - deyə Tkaçenko bildirib.
“Daily Mail”in məlumatına görə, hadisə nəticəsində uşaq xəsarət almayıb. (oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub