Xərçəng müalicəsi alan xalq artistininin həkimi ümidli danışmayıb.
Mynews.az day.az-a istinadən bildirir ki, yoğun bağırsaq əməliyyatından sonra qaraciyərinə də sıçrayan xərçəng səbəbindən müalicə edilən, Türkiyənin xalq artisti Nuray Hafiftaşın həkimi "Ümumi dəyərləndirməni 3 ay sonra edəcəyik" deyib.
Prof. Dr. Xaqan Qaragöl, Nuray Hafiftaşın son dövrlərdə artan ağrılar səbəbilə xəstəxanaya müraciət etdiyini, ilkin araşdırmalara görə, qaraciyərində lezyonların müşahidə etdiyini və sürətli şəkildə müalicə prosesinə başlandığını ifadə etdi.
Məşhur sənətçinin həkimi, "Hazırda Nuray xanımı ciddi şəkildə müalicə edirik. Necə fayda görəcəyini sonda biləcəyik. Təxminən 2,5-3 ay sonra ümumi bir qiymətləndirmə apararaq hansı seriya müalicəylə davam edəcəyimizə qərar verəcəyik" deyib.
Prof. Dr. Xaqan Qaragöl, "Xərçəng xəstəliyi müalicə prosesində Nuray xanımın ruhunun yüksək olması əhəmiyyətlidir. Müalicələrini müntəzəm etmək və immunitet sistemini gücləndirmək üçün qidalanmadan yuxu rejiminə qədər hər şeyə diqqət etməlidir. Xəstə yaxınlarının isə imkanları daxilində əllərindən gələni edərək, Nuray Hafiftaşın yanında olmaları lazımdır" deyə həkim bildirib.
1
Elxan Paşayevin ölkədən çıxışına qadağa qoyuldu
1142 dəfə oxunub
2
Buraxılış imtahanının formatı dəyişdi
1140 dəfə oxunub
3
Bakı – Sumqayıt qatar xəttində ölüm
1127 dəfə oxunub
4
Bu kanallara lisenziya verildi
1126 dəfə oxunub
5
Bu xəstəliyin müalicəsini icbari tibbi sığorta qarşılayır
1125 dəfə oxunub