Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz vətənində dövlət rəhbəri postunda olarkən səlahiyyətlərindən suistifadə etməkdə təqsirli bilinərək, qiyabi olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hökm Tbilisi şəhər məhkəməsinin hakimi Qeorqi Arevadze tərəfindən bu gün oxunub.
İstintaqa görə, Saakaşvili prezident vəzifəsində olan zaman “Birləşmiş Gürcüstan Bankı”nın əməkdaşı Sandro Qirqvlianinin qətli ilə əlaqədar həbsdə olan dörd polis əməkdaşını əfv edib. Sabiq prezidentin bu qərarının Əfv üzrə Dövlət Komissiyası ilə razılaşdırılmadığı bildirilir.
Saakaşvili hal-hazırda Ukraynadadır. Ölkənin Xarici İşlər Nazirliyi Gürcüstanla ekstradisiya siyasəti ilə bağlı heç bir danışıqların aparılmadığını bəyan edib.
Habelə dekabrın 26-da məlum olub ki, Kiyev dairə inzibati məhkəməsi Ukrayna ədliyyə nazirinə Saakaşvilinin ekstradisiyasına qadağa qoymaqdan imtina edib.
Yanvarın 3-də həmin instansiya Ukrayna Dövlət Miqrasiya Xidmətinin Kiyev vilayəti üzrə İdarəsinin siyasətçinin əlavə mühafizə istəyən siyasi şəxs olaraq tanınması üçün tələb olunan sənədləri rəsmiləşdirməkdən imtina etməsinin tam qanuni olduğunu elan etmişdi.
Xatırladaq ki, Saakaşvili 2004- 2013 cü illərdə Gürcüstanın dövlət başçısı olub, sonradan isə ölkəni tərk edib. Vətənində ona qarşı bir neçə maddə üzrə cinayət işı açılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub