Rusiyanın Nijeqorod vilayətinin Poçinkovsk rayonunda səhər saatlarında baş verən ağır yol hadisəsi nəticəsində azı beş nəfər ölüb.
Mynews.az xəbər verir ki, bu barədə “İnterfaks-Povoljye” agentliyi dövlət yol hərəkəti təhlükəsizlik müffətişliyinin yerli bölməsinə istinadən xəbər yayıb.
“Moskva vaxtı ilə 08:00 radələrində Nijni Novqorod - Saratov avtoyolunun 211 kilometrində yanacaq daşıyan “MAN” markalı nəqliyyat vasitəsi “VAZ 2114” markalı avtomobillə toqquşub”, - deyə bölmənin mətbuat xidmətinin əməkdaşı bildirib.
Rəsmi mənbə bildirib ki, yol hadisəsi nəticəsində avtomobilin sürücüsü və dörd sərnişin ölüb.
“İlkin olaraq müəyyən olunub ki, bədbəxt hadisə qurbanlarının hamısı Nijeqorod vilayətinin sakinləridir”, – deyə rəsmi mənbə bildirib.
Qəza səbəblərinin araşdırılması məqsədilə hadisə yerində DYHTM əməkdaşları işləyir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub