Türkiyənin Güngörən bölgəsində bir taksi sürücüsünə zor tətbiq etdikdən sonra küçədə qızının boğazına bıçaq dayayan ataya vətəndaşlar əngəl olublar.
Mynews.az goldnews.az-a istinadən xəbər verir ki, psixoloji vəziyyəti yerində olmayan bir şəxs təxmini 4 yaşlarında olan qız uşağının başına qara bir örtük sərərək onu taksidən endirib. Daha sonra uşağı küçədə gəzdirməyə başlayıb. Uşağın bir nöqtədə divara baxaraq dayanmasını isəyən həmin şəxs əlində olan hər şeyi küçəyə atıb. Ətrafdakı insanların ona baxdığını görən ata sürətlə bir müddət öncə endiyi taksiyə doğru gəlib. Bu zaman yoldan keçən 2 qadın reaksiya göstərib. Şəxsin arxasınca gələn məhəllə sakinləri uşağı atanın əlindən xilas etməyə çalışıblar. Maşının ətrafını saran vətəndaşlar onların qaçmasına mane olublar. Maşınla qaça bilməyəcəyii anlayan şəxs yenidən uşağı qucağına alıb və bıçağı onun boğazına dirəyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub