Moskva və bütün Rusiyanın patriarxı Kirill hesab edir ki, “şər hökmranlığı ələ keçirəndə və insan cəmiyyəti həyat qabiliyyətini itirəndə bəşəriyyətin sonu çatacaq”.
Oxu.Az-ın xəbərinə görə, o bu barədə “Rossiya 1” telekanalının jurnalisti Dmitri Kiselyova müsahibəsində deyib.
“Hansı vəziyyətdə dünyanın sonu gələ bilər? Əgər insan cəmiyyəti həyat qabiliyyətini itirərsə. Əgər bu cəmiyyətin yaşaması üçün bütün resurslar tükənərsə. Bu hansı halda baş verə bilər? Əgər şər bütün hökmranlığı ələ keçirərsə”, - deyə o qeyd edib.
Patriarx əlavə edib ki, “şərin həyat qabiliyyəti yoxdur” və “onun üstünlük təşkil etdiyi sistem mövcud ola bilməz”.
“Və əgər şər qüvvələri artarsa, əgər bu qüvvələr xeyri insan həyatından çıxararsa, bu zaman dünyanın sonu gələcək”, - deyə o bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub