ABŞ prezidenti Donald Trampın prezidentliyinin ilk ilindən bəhs edən "Atəş və qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitabın satışları rekord qırıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, kitab bazara çıxarıldığı ilk gündən ABŞ-da ən yaxşı satılan nəşrlərin siyahısına daxil edilib. Eləcə də bir çox mağazalarda artıq rəflər boşalıb.
Müəllifi Mişel Volff olan kitab Trampa yaxın 200 nəfər vəzifəli şəxsdən alınan müsahibələr əsasında yazılıb.
Kitabda xarici və daxili siyasətə, Ağ Ev-in sabiq üzvüləri ilə yaşanan münaqişələrə, Suriya böhranına, eləcə də Trampın sağlamlığına qədər bir çox mövzulara toxunulub. Bildirilir ki, ABŞ prezidenti nə düşündüyünü son ana qədər adiyyatı şəxslərə bildirmir. O eləcə də televizor seyr etməyi, hamburger yeməyi sevir.
Diqqəti çəkən isə Trampın prezident olmaq istəməməsi və seçiləcəyini gözləməməsi olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub