ABŞ hərbçilərinin türk ailələrinin uşaqlarını satın alıb öz ölkələrinə apardığı, adlarını, dinlərini dəyişdirdikləri ortaya çıxıb və bu fakt Türkiyədə böyük qalmaqala səbəb olub.
Mynews.az-ın xəbərinə görə, bugünlərdə Türkiyənin Adana şəhərində iki qardaşın çox kiçik yaşlarda olarkən “İncirlik Üssü”ndə xidmət edən yüksək vəzifəli ABŞ-lı hərbçiyə pul qarşılığında satıldıqları ortaya çıxıb.
Bu fakt üzə çıxdıqdan sonra isə “İncirlik”də yaşayan digər türk vətəndaşları bununla bağlı açıqlamalar verməyə başlayıblar.
“İncirlik Üssü”ndə xidmət edən ABŞ-lı bir hərbçi qadının evinə gəlib, o zaman 1.5 yaşında olan qızını həyat yoldaşından pul qarşılığı istədiyini deyən Mahmut Açar mətbuata açıqlamasında bildirib:
“Həyat yoldaşım mənə ABŞ-lı qadın hərbçinin qızımı satın almağa gəldiyini söylədi. O an sanki beynimdən vurulmuşa döndüm. Bir insan övladını necə satar? Dünyanı versələr belə, övlad satılarmı? Övladını satan insanın dəli olması lazımdır. Ümumiyyətlə, ABŞ-lı hərbçilər pul qarşılığında çox sayda uşaq satın alıb, ölkələrinə aparırdılar. Yenə deyirəm, mənim qızımı da istədilər, amma vermədim, satmadım...”
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub