Türkiyə prezidenti, AKP lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, adıçəkilən partiyanın qurucularından olan Abdullah Gülü hədəf alıb.
Mynews.az-ın xəbərinə görə, bu gün AKP-nin TBMM-dəki ənənəvi qrup toplantısında çıxış edən R. T. Ərdoğan deyib ki, ölkədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər:
“AKP-də birliyi, bərabərliyi zədələyənlər artıq bu karvanın səmimi yolçuları deyillər. Bu karvandan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik. Əsas işimiz yanlışlıqlara yol verməmək, keçmiş xətalardan dərs çıxarmaqdır. Partiyamıza zərər verəcək qədər iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”.
R. T. Ərdoğan A. Gülü nəzərdə tutaraq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur:
“Hər kəs ağzını açmadan öncə harada olduğuna diqqət etməlidir”.
Bu yerdə xatırladaq ki, bir müddət əvvəl A. Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib. R. T. Ərdoğan A. Gülün bu etirazını əsassız sayıb. A. Gül isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibətini bildirəcəyini açıqlayıb.(Oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub