Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalıya öz minnətdarlığını ifadə edib.
Mynews.az-ın xəbərinə görə, Ərdoğan partiyasının TBMM-dəki qrup toplantısında MHP liderinin 2019-cu ildə onun namizədliyini dəstəkləyə biləcəkləri haqda açıqlaması ilə bağlı bunları deyib:
“Hörmətli Baxçalının dünən verdiyi açıqlamanı çox dəyərli hesab edirəm. Şəxsim və partiyam adından şükranlarımı çatdırıram”.
O deyib ki, 2019-cu il seçimləri ərəfəsində Baxçalının yerli və milli mövqeyini özəlliklə vurğulamaq lazımdır:
“Bu yerli və milli duruşla, mövqe ilə birlikdə inanıram ki, ölkəmizdə bizi bölmək, parçalamaq istəyənlər hədəflərinə çata bilməyəcəklər. Bizlər 7 avqust ruhunu yaşamaqda qərarlıyıq. Biriləri deyir ki, “bu, nə deyər, o, nə deyər”. Biz nə deyərik, asas olan budur. Hörmətli Baxçalı ilə bir araya gələrik, ölkəmizin dərdlərini danışarıq, “uyum yasa”larının çalışmasını dostlar həyata keçirər, yolumuza davam edərik”.
(oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub