“Əhrar əş-Şam” terrorçu qruplaşmasının yaraqlıları Suriyanın Həma vilayətinin şimalında yerləşən Maan şəhərində Suriya ordusuna aid tankı məhv edib.
Mynews.az xəbər verir ki, bu barədə terrorçuların regiondakı fəaliyyətinin monitorinqini aparan və videogörüntülər yerləşdirən “Directorate 4” Telegram kanalı məlumat yayıb.
Ekstremistlər vurulan tankın T-72 olduğunu iddia etsə də, zirehli texnikanın modeli haqqında dəqiq məlumat yoxdur. Yaraqlılar hücum zamanı tank əleyhinə “BGM-71 TOW” raket kompleksindən istifadə edib. (oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub