Türkiyədə səkkiz uşaq atası doğum günü münasibətilə çəkdirdiyi şəkildən sonra dünyasını dəyişib.
Mynews.az bu barədə “New York Post”a istinadən xəbər yayıb.
Saytın məlumatına görə, 38 yaşlı Xəlil Dağ qayanın üzərindən uğursuz şəkildə tullanaraq, 20 metr hündürlükdən yerə çırpılıb. Faciəvi insidentin görüntüsünü onun dostlarından biri kamerası ilə qeydə alıb.
Məlumatda qeyd olunur ki, Xəlil Dağ hadisə zamanı Türkiyənin cənubunda, Şanlıurfa şəhərində yerləşən Urfa qəsrinin yaxınlığında olub. Bədbəxt hadisə qurbanının kürd restoranının qarşısında yerə çırpıldığı bildirilir. Restoranda olan bir çox müştərilər faciəvi insidentin şahidi olub. Xəstəxanaya çatdırılan Xəlil Dağ həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub