Türkiyənin İzmir şəhərində yerləşən Texniki Anadolu məktəbində dəhşətli hadisə baş verib.
Mynews.az Metbuat.az-a istinadən məlumatına görə, məktəbdə oxuyan 2 qız digər 20 şagird qız tərəfindən dəhşətli dərəcədə döyülüb. Saçları yolunan, qollarından dişlənmiş qızların başlarına dəmir çubuqlarla vurulub. Təcili yardımla xəstəxənaya aparılan şagirdlərdən C.D və B.G adlı qızlar özlərini döyən digər şagirdlərdən şikayətçi olublar.
Döyülən qızlardan biri daha əvvəl ölümlə təhdid edildiyini bildirib.
Müəllimlər şiddət göstərən şagirdlərin narkotik aludəçiləri ola biləcəyini irəli sürüb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub