Türkiyə Ermənistan və Gürcüstanla sərhəddə divar inşa etməyəcək, bununla belə, həmin ölkələrlə olan sərhədləri elektron nəzarət sistemləri ilə təchiz edəcək.
Mynews.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Türkiyənin “Anadolu” informasiya agentliyinə verdiyi müsahibədə bildirib.
“Hesab edirəm ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq. Hələlik söhbət modul divarın inşasından yox, sadəcə, elektron təhlükəsizlik sisteminin qurulmasından gedir”, – deyə nazir bildirib. Soylu Türkiyə-İran sərhədində modul divarın inşası üzrə nəzərdə tutulan işlərin yarısının tamamlandığını əlavə edib.
Türkiyəli nazir əmin edib ki, Türkiyənin Ağrı və Iğdır vilayətlərinin əraziləri boyunca uzanan sərhəddə qurulan üç metr hündürlükdə və 144 kilometr uzunluqda olan divar müstəsna olaraq terrora qarşı mübarizə, qaçaqmalçılıq və qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub