ABŞ-ın Luiziana ştatında aldığı maaşla əlaqədar məktəb şurasına şikayət edən ingilis dili müəllimi iclasın keçirildiyi binadan əlləri qandallanmış şəkildə kənarlaşdırılıb.
Mynews.az oxu.az xəbər verir ki, Deyşa Harqreyv məktəb şurasının iclasında qurum üzvlərinə müraciət edən zaman intizam normalarını pozub, qəzəbli şəkildə suallar yağdırıb, ittihamlar səsləndirib.
İclas zalında asayişa nəzarət edən polis zabiti ona xəbərdarlıq etsə də, müəllim sakitləşmək bilməyib. Sonradan polis qadının dəhlizə çıxmasını əmr edib. Qadın zalı tərk etdikdən sonra polis onu yerə yıxaraq, əllərinə qandal keçirib.
Hadisənin görüntüsünü KATC-TV öz “YouTube” kanalında dərc edib.
Polis zabitinin qadının qolllarını özbaşına qandalladığı və ya bu barədə rəhbərlikdən göstəriş aldığı dəqiq məlum deyil. Məlumata görə, şura üzvləri Harqreyvdən hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətində deyil.
Buna baxmayaraq, maaşından narazı olan müəllim polis əməkdaşına müqavimətə görə müvəqqəti təcridxanaya yerləşdirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub