ABŞ prezidenti Donald Trampın afroamerikalılar üçün ali məktəblərin rəhbərləri ilə görüşünün əsas qəhrəmanı gözlənilmədən onun müşaviri Kellienn Konuey olub.
Mynews.az-ın məlumatına görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Mashable” portalı məlumat yayıb.
Mərasimdən foto-hesabatda Konuey divanda ayaqlarını qatlayaraq divanda oturduğu foto düşüb.
Sosial şəbəkə istifadəçiləri rəsmi görüş zamanı belə oturma tərzinin nə qədər yolverilən olduğuna dair qızğın müzakirə aparıblar.
“Bu şəklə dair bir neçə sualım var, amma onlardan əsas olan sual: Niyə heç kim Kellienn Konueyə ayaqlarını divandan yığışdırmalı olduğunu demir?”, - Rex Huppke adlı “Twitter” istifadəçisi yazıb.
Konueyin davranışını “alternativ etiket” adlandırıblar.
Çoxları qadının oturuşunu məzəli hesab ediblər.
Hətta bu mövqeyi rakurs seçmək üçün rahat olduğunu deyənlər də olub.
İstifadəçilərdən biri hətta Konueyin Martin Lyuter Kinqin çıxışında necə görünə biləcəyini də təsəvvür edib.
Amma istifadəçilər hələ ABŞ-ın sabiq prezidenti Barak Obamanın iş yerində necə rahat oturmaq mümkün olduğunu göstərməsini xatırlayıblar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub