Rusiya Federasiyasının Ehtiyat Fondu 2017-ci ilin dekabrında tamamilə xərclənib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.
“2017-ci ilin dekabrında Ehtiyat Fondunun xarici valyutada (7,62 milyard dollar, 6,71 milyard avro və 1,1 milyard funt-sterlinq) qalıqları tam həcmdə federal büdcənin kəsirinin bağlanması üçün istifadə edilib”,- maliyyə idarəsi izah edib.
Fond 2018-ci il fevralın 1-dən rəsmən öz mövcudluğunu dayandıracaq.
Xatırladaq ki, Rusiyanın maliyyə naziri Anton Siluanov hələ 2017-ci ilin mayında Ehtiyat Fondunun 2017- ci ilin sonlarına qədər tamamilə tükənəcəyini bildirmişdi. Rusiyada iki fond - Ehtiyyat Fondu və Milli Rifah Fondunun fəaliyyət göstərdiyini deyən nazir Ehtiyat Fondunda pul bitdikdən sonra Milli Rifah Fondundan bura pul transferinin ediləcəyini söyləmişdi.
Nazirin sözlərinə görə, Rusiyada bu çatışmazlığın qarşısını almaq üçün başqa resurs yoxdur.
Qeyd edək ki, Ehtiyat Fondunda maksimum vəsait 2008-ci ilin sentyabrında qeydə alınıb. Həmin vaxt fondda 142,6 milyard dollar var idi. Fond neft-qaz gəlirlərinin hesabına formalaşdı.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub