Türkiyədə, Bilecikin Söğüt şəhərində mağazanın açıq qalan dolabından gecənin bir yarısı müxtəlif vaxtlarda icazəsiz çörək alan tələbələr məkan sahibini duyğulandırıb.
“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, tələbələr icazəsiz götürdükləri çörəklərin pulunu daha sonra gətirib qoyub və bir vərəqə yazdıqları üzrxahlıqla iş yerinin sahibindən halallıq istəyiblər.
Səhər tezdən mağazaya gələn Osman Çiftçi çörək dolabında 5 lirə və içində “Dayı, biz burda tələbəyik. Pulumuzun olmadığı günlərdə burdan icazəsiz çörək aldıq. Haqqını halal et. Dolabı açıq qoyduğun üçün Allah razı olsun. 5 dəfə çörək götürmüşük. Pulumuzu bura qoyuruq” şəklində yazı da tapıb.
Təqaüdə çıxandan sonra 15 ildir mağazasında satıcılıq edən Çiftçi tələbələrin çəkinmədən dolabdan çörək ala bilmələri üçün yazılan mesajın altına “Problem deyil, davam edin” cümləsini yazıb.



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub