Şərqi Çin dənizində Honq-Konqa aid yük gəmisi ilə toqquşmuş “Panam” neft tankerində yanğından sonra partlayış baş verib.
Mynews.az xəbər verir ki, bu barədə “Ria Novosti” Çinin Nəqliyyat Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“SANCHI tankerində yanvarın 10-da, 13:35 radələrində partlayış meydana gəlib. Bununla əlaqədar hadisə yerində yanğınsöndürmə üzrə işlər müvəqqəti olaraq dayandırılıb, xilasedici gəmilər təhlükəsiz məsafəyə uzaqlaşdırılıb.Təəssüf ki, yanğının söndürülməsi ilə bağlı işlər gözlənilən nəticəni verməyib”, – deyə nazirliyin rəsmi saytında dərc olunan bəyanatda qeyd olunur.
136 min ton maye qaz daşıyan tankerdə baş verən partlayış ətraf mühitə, o cümlədən dənizin sualtı fauna və florasına ciddi təhlükə yaradır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub