Amerikalı aparıcı və komik Trevor Noa “Daily Show” adlı verilişdə “murdar ermənilər” ifadəsini işlətməklə, ABŞ-ın erməni icmasını hiddətləndirib.
Bu barədə Mynews.az Oxu.Az-a istinadən xəbər verir.
“Bu həqiqətən gülüncdür. Elə bil kimsə deyir ki, “mən dünyanın ən tolerant insanıyam, istəyirsiz, o murdar ermənidən soruşun”, - deyə aparıcı Donald Trampın “stabil dahiliklə”lə sözlərini şərh edərkən bildirib.
Veriilişin efirdə yayımlanmasından sonra ABŞ-ın Erməni vəkillər assosiasiyası komikin bu ifadəsi ilə bağlı narazılıq edib və ermənilərin heysiyyətinə toxunan kəlməyə görə “Daily Show”un erməni xalqından üzr istəməsini tələb edib.
Xatırladaq ki, bir neçə gün əvvəl amerikalı Donald Tramp Maykl Volfun yazdığı qalmaqallı kitabda onun barəsində yazılanları şərh edən zaman, onun savadını şübhəyə alan şəxsləri tənqid etmiş və özünün dahi olduğunu söyləmişdi. Müəllif yazır ki, Trampın ətrafında olan bir çox dövlət rəsmiləri, onun psixiki baxımdan siyasi fəaliyyətə yararsız olduğunu hesab edir.
Trevor Noa Comedy Central kanalında yayımlanan “Daily Show” adlı verilişdə, prezidenti “Twitter”də məsələyə münasibətini belə şərh edib.
“ Kimsə sizin, o qədər də savadlı olmadığınız haqqında kitab yazsaydı, siz bunun yalan olduğunu bilərdiz, çünki ağıllı adam belə iddialardan yan keçir. Ancaq Donald Tramp belə bir insan deyil” – deyə Noa bildirib.
“Həqiqət ondadır ki, kimlərinsə onun ağlını itirdiyi deməsini heç kimin xoşuna gəlməz. Ona görə mən, yaxşı başa düşürəm ki, Tramp niyə gecələr rahat yata bilmir” - deyə komik əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub