Ermənistan müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı yük avtomobili qəza törədib.
Mynews.az “Shamshyan.com” saytına istinadən xəbər verir ki, qəza bu gün saat 14:30 radələrində Ermənistanın Ararat vilayətində Yerasxavan-Zanqakatun avtomobil yolunda baş verib.
Belə ki, Yerasxavan inzibati ərazisində “Opel” markalı avtomobil ilə Ermənistan müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər Ararat rayon tibb mərkəzinə təxliyyə edilib.
İlkin məlumata görə, qəzaya səbəb “Opel” markalı avtomobilin sürücüsü olub. Zil-131 markalı yük avtomobili müdafiə nazirliyinin balansındadır. Qəza zamanı neçə erməni hərbi qulluqçunun xəsarət alması barədə məlumat verilməyib.





1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub