Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi azərbaycanlı iş adamlarının fəaliyyətinə problem yaradır.
Belə ki, viza üçün müraciət edən şəxslərə səfirlikdən bildirilib ki, müraciətlərə baxılması üçün azı beş nəfər müraciətçi olmalıdır. Bu barədə Bizimyol.info saytına eyni vəziyyətlə qarşılaşan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, bu qayda onların işinə ağır zərbə vurur: “Biz adətən ticarət üçün, mal gətirmək məqsədilə Çinə səfər edirik. Bunun üçün isə əvvəlcədən gün müəyyənləşdirir, bilet alırıq. Viza üçün səfirliyə müraciət edəndə isə bildirirlər ki, gərək ən azı 5 nəfər yığılsın ki, vizalara baxılsın və verilsin. Bu isə bir çox hallarda bizim işimizlə bağlı ləngimələrə səbəb olur. Məsələn, beş nəfərin yığılması bəzən bir neçə gün çəkir ki, bu da bütün planları alt-üst edir”, - deyə sahibkar bildirir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən mövqe öyrənmək istəsək də, telefon zənglərimizə cavab verilmədi.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub