Türkiyədə dəhşətli hadisə yaşanıb.
Metbuat.az xəbər verir ki, Dənizli ərazisində yerləşən məktəblərin birində qadın müəllimlə şagird arasında qiymət üstündə dava baş verib. Belə ki, ədəbiyyat müəllimi D.Ç şagirdlərinin qiymətlərini oxuyub. Bu vaxt qiyməti az olan M.G etiraz edib və daha sonra müəllimənin qarın hissəsinə bir neçə ağır təpik zərbəsi endirib. Uşaqların köməyi ilə ara sakitləşsə də müəllim polisə müraciət edib və IX sinif şagirdinin onu döydüyünü bildirib.
Şagirdin ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilib.
Araşdırmalar davam etdirilir.