“Wall Street Journal” qəzeti ABŞ prezidenti Donald Trampın prezident seçkilərindən öncə porno ulduz Stormi Danilsə 130 000 dollar ödəniş etdiyini iddia edib.
Publika.az xəbər verir ki, iddialara görə, prezident bu ödənişi porno ulduzu susdurmaq üçün edib.
Xəbərdə D.Trampa uzun illərdir xidmət edən vəkil Maykl Kohenin 2016-cı ildə porno ulduzla görüşərək ödənişin məbləği mövzusunda razılaşma əldə etdikləri qeyd edilib.
Əsl adı Stefaniya Klifford olan Stormi Daniles Trampla 2006-cı ildə təşkil edilən bir qolf turnirində tanış olduqlarını demişdi. Porno ulduz bu xəbərlə bağlı hələ ki, heç bir açıqlama verməyib.