"Onu uşaq doğduğu zaman zorlayıblar" köləliyin dəhşəti

691
"Onu uşaq doğduğu zaman zorlayıblar" köləliyin dəhşəti

O, mənim gözlərimin düz içinə baxır və deyir: "Mənim həmin günü gördüklərim, nə vaxtsa yaşadığım ən dəhşətli şeylərdən biridir".

Telefon zəng çalanda səhər saat 11 idi və Yenny dəstəyi qaldırdı.

Zəng vuran polis idi və o, amansız rəftara məruz qalmış qadının tapıldığını bildirdi.

O, qadının fahişə ola biləcəyinə eyham vurdu.

"O, çox məyusdur, qışqırır. Qadın bizə məlum olmayan dildə, bəlkə də portuqal dilində danışır. Siz gələ bilərdiniz?"

Yenny LAWA - Latin American Women's Aid (Latın Amerika qadınlarına yardım) qeyri-hökumət təşkilatında çalışır.

Bu təşkilat Böyük Britaniyada yaşayan Latın Amerikasından olan qadınlara yardım edir.

O, bu qadınla görüşə portuqal dilini bilən həmkarıyla birgə getdi.

Polis bölməsində onlar qadına yaxınlaşanda "Qorxmayın, biz sizə kömək etmək üçün burdayıq. Qorxmayın ".

Buna cavab verən kədərlənmiş qadın ispanca danışmağa başladı.

"Mən ona dərhal dedim: sakitləşin, narahat olmayın, biz sizə kömək edəcəyik. Qorxmayın ", - Yenny danışır.

Əllər

Cinsi köləliyə məruz qalan qadınların müalicəyə və psixoloji dəstəyə ehtiyacı var.

Həmin gündən 5 il keçib.

Hazırda Yenny Aude LAWA təşkilatına başçılıq edir.

Lakin o, həmin gün keçirdiyi sarsıntını yaxşı xatırlayır.

"Qadın tapılan zaman çəkilmiş şəkillər çox dəhşətli və sarsıdıcı idi".

"Polislər onu sarınmış halda tavandan asılı tapıblar. Bu vəziyyətdə onu zorlayıblar və bu vəziyyətdə ona abort ediblər. O, doğarkən ona təcavüz ediblər. O, çoxlu qan itirib ", - Yenny danışır.

İşgəncə

Bu qadın iş tapmaq üçün Kolumbiyadan İspaniyaya yollanıb.

Lakin o, İspaniyaya gələndə onu aldadıb, sənədlərini əlindən alıblar. Qadını bir neçə il fahişəliklə məşğul olmağa məcbur ediblər.

"Mən onunla ilk dəfə danışan zaman ondan harada olduğunu bilib-bilmədiyini soruşdum. O, mənə "İspaniyadayam" deyə cavab verdi. O, hətta Londona gətirildiyini bilmirdi", - deyə Yenny xatırlayır.

Qadını LAWA təşkilatının qadın zorakılığı qurbanları üçün sığınacağa aparıblar.

Yalnız bir neçə ay psixoloji müalicədən və əlavə emosional dəstəkdən sonra 26 yaşlı qadın öz hekayəsini danışmağa razılaşdı.

London

Son iki il ərzində Latın Amerikasından olan qızlarla bağlı 22 cinsi köləlik halı məlumdur

O danışır ki, onu maşınla evdən evə aparırdılar.

Lakin o, məhz harada yaşadığını bilmirdi, çünki ona küçəyə çıxmaq qadağan edilmişdi.

"Yadımdadır ki, sonuncu yaşadığım evdə qonşu otaqdan qadın qışqırıqları gəlirdi. Biz bir-birimizi tanımırdıq, çünki bizə ünsiyyət qurmaq qadağan edilmişdi ".

Yalnız indi qadın bilib ki, qonşular onun qışqırıqlarını eşidib və polisə müraciət ediblər.

Lakin polislər gəlib qapını döyəndə cavab verən olmayıb və onlar gediblər.

Qışqırıqlar isə davam edib. Doğuş zamanı təcavüzə məruz qalan qadının qışqırtısı o qədər ürək parçalayan olub ki, polislər sonunda onu tapa biliblər.

"Biz onunla tanış olanda onun demək olar ki dişi qalmamışdı. Onların istədiyini yerinə yetirmədikdə qadının dişlərini çıxarır, ya da saçını yolurdular", - Yenny deyir.

Kömək

LAWA və Britaniya rəhbərliyi ehtiyacı olan bu qadına köməklik göstərdilər.

Qadın o qədər dərin psixoloji xəsarət almışdı ki, ilk əvvəl yanında kişilər olan zaman başını qaldırmırdı.

Ona kömək psixoloji müalicə ilə məhdudlaşmayıb.

Ona diş və saçlarının bərpası ilə yanaşı cinsiyyət orqanlarının əməliyyatı da edilib.

"O, Kolumbiyanı tərk edən zaman necəydisə elə də görünmək istəyirdi. O mənə öz şəklini göstərdi. Bu, tamamilə başqa insan idi".

Sonunda qadın Kolumbiyaya qayıtmağa qərar verib.

Qadın

Cinsi köləliyə məruz qalan qızların çoxu köməyi harda axtaracaqlarını bilmirlər

BBC İspanca xidməti cinsi ticarətin qurbanı olan Cənubi Afrikalı qadınla danışmağa müvəffəq olub.

Anna (təhlükəsizlik məqsədilə ad dəyişdirilib) İngiltərəyə 2000-ci ildə, 18 yaşı olarkən gəlib.

Xalası qızı onu Londona dəvət edib. O zaman qohumu tərəfindən cinsi zorakılığa məruz qaldığı üçün qaçmaq yolunu axtaran Anna dərhal razılaşıb.

Lakin onun Britaniya vizası olmadığı üçün, xalası qızı "tanışını" göndərənə qədər Anna bir neçə ayı Fransada keçirməli olub.

"O, sadəcə mənə baxdı və dedi: "Mən nə əmr etsəm onu edəcəksən", - Anna deyir. - "Mən elə qorxdum ki!"

 

Kişi ona izah etdi ki, onu Britaniyaya dəniz yolu ilə, İngiltərənin cənub-şərqində yerləşən Dover liman şəhəri vasitəsilə aparmağa çalışırlar.

"Sərhədi keçməyimizə bir neçə dəqiqə qalmış kişi mənim pasportumu aldı, ispan şəkilli yeni pasportumu verdi. O, mənə bir neçə metr irəlidə getməyi əmr etdi ", - Anna xatırlayır.

O, yeni adını və doğum tarixini yadında saxladı.

Sonra kişi ona bir dəstə pul verdi və pasport "nəzarətindən keçmək lazımdır" dedi.

"Ətrafına baxma, büdrəmə və əsəbləşmə!" - mənə dedi. Mən ölmək istəyirdim. Nə edəcəyimi bilmirdim ".

Xalaqızı

Britaniya ərazisinə keçən Anna yol yoldaşını gözlədi və o, Anna-nı Londonda yaşayan xalası qızının yanına apardı.

"Artıq gəlmisən? - xalası qızı onu bu sözlərlə qarşıladı. - İndi mənim sənə xərclədiyim pulları geri qaytarmalısan. Biz səni işə cəlb edəciyik. Mən nə əmr etsəm, onu edəcəksən. Sən mənim əlimdəsən ".

Annanın xalası qızı ilə danışan kişi sənədləri ona verdi və getdi. Otaqda daha dörd qız vardı.

Bikinidə və şəffaf ətəklərdə olan qızların hamısının üzündə qalın makiyaj qatı vardı. Xalası qızı borcu bitənə qədər nə edəcəyini ona izah etdi.

Lakin Anna izahdan əvvəl də özü hər şeyi başa düşmüşdü. Annanı onu hər cürə sakitləşməyə çalışan digər qadınlarla bir otaqda saxladılar.

"Xatırlayıram ki, onlar Boliviyadan, Kolumbiyadan, Meksikadan və Venesueladan idilər. Onların yaşı 19-24 arası idi. Onlar mənə danışdılar ki pulları, sənədləri yoxdur və onların bu vəziyyətdən çıxmaq yolları da olmayıb".

Qızlar Annanı gizlətdilər. Çünki bilirdilər ki, gənc olduğuna görə istənilən müştəri onu istəyəcək. Onlar izah etdilər ki, pul ödədiyinə görə, müştəri istədiyini tələb edə bilər.

Artıq Annanı gizlətməyin mümkün olmadığı gün gəlib çatdı. Və Anna üçün cəhənnəm başladı.

Dover

Qeyri-qanuni yollarla gətirilən qadınların böyük hissəsi Britaniyaya gəlməzdən əvvəl 2-3 ili Avropada seks köləsi kimi keçirir

"Bir-birinin arxasınca"

"Kişilər bir-birinin ardınca gəlirdilər. Dəhlizdə mənim otağımın qarşısında böyük növbə yaranmışdı. Bəzi müştərilər prezervativdən istifadə etməkdən imtina edir, mən şikayət edən zaman məni döyürdülər ", - Anna danışır.

Anna başqa evlərə köçürüldüyünü də xatırlayır. Ekspertlər deyirlər ki, bu strategiyanın köməyilə - qısa müddətə evi icarəyə götürməklə təcavüzkarlar fahişəxananı polisdən gizlətməyə nail olurlar.

Anna bir ildən artıq belə yaşayıb, qaçmağa cəhd göstərən zaman onu döyüblər.

O, xalası qızının sözlərini xatırlayır: "Əgər sən küçəyə çıxsan, səni kimsə başa düşməyəcək, sənə kimsə inanmayacaq".

"Mən ingiliscə bilmirdim, hətta həftənin hansı günü olduğunu belə bilmirdim. Mən tamamilə özümü itirmişdim". Ana onun əsir saxlanıldığını bilməyən xalası qızının tanışı ilə yaxın münasibətlər qurandan sonra qaça bildi.

Паспорта

Qurbanlar Qərbə gəlin və rəfiqə qismində getdiklərini zənn edirlər, onları pasport nəzarətində məhz belə təqdim edirlər

Saxta bəylər

Artıq 30 ildir ki, LAWA Birləşmiş Krallıqda yaşayan latın amerikalı qadınlara köməyini təqdim edir.

Yenny Aude son 10 ildir ki bu təşkilatda işləyir. O, rastlaşdığı hadisələrin üçdə birinin gizli seks sənayesi ilə bağlı olduğunu deyir.

"Lakin bu qadınlardan heç biri heç vaxt gəlib "mən seks ticarətinin qurbanıyam" deməyib", - Yenny danışır.

Ekspertlər bunu qadınların bu barədə məlumatı olmadıqları, onların hətta özləri barədə mürəciət edib kömək ala biləcəklərini bilməmələri ilə izah edirlər.

Ekspertlər seks ticarətində yeni tendensiya barədə həyəcan siqnalı verirlər: Son vaxtlar seks köləliyinə məruz qalan qadınları Qərb ölkələrindən olan "boyfriend"ləri aldadıb fahişəxanaya gətirirlər.

Qurbanlara elə gəlir ki, onlar Qərbə gəlin və rəfiqə qismində gedirlər.

Onlar pasport nəzarətində belə təqdim olunurlar.

Bu isə sərhədçilərdə şübhə doğurmur. Lakin əksər hallarda "bəy" tezliklə yoxa çıxır.

Девушка

Vəziyyəti çətinləşdirən odur ki, seks ticarətinin qurbanları bu barədə danışmaq istəmirlər

Cinsi köləliyə məruz qalan qadınların çoxu Britaniyaya Albaniya, Vyetnam və Nigeriyadan gəlir.

Lakin son iki il ərzində Boliviya, Braziliya, Qvatamela, Nikaraqua, Honduras, Meksika, Panama, Dominikan Respublikası və Kubadan olan 22 hadisə məlum olub.

Bu qadınların əhəmiyyəti hissəsi Britaniyaya gəlməzdən əvvəl Avropada iki-üç il cinsi köləlik həyatı keçirir.

Onları adətən La-Manş tunelindən qatarla Fransadan Britaniyaya gətirirlər.

Qaçaqmalçılar tərəfindən qoyulan qaydalara əməl olunmadıqda onları ailələrini cəzalandırmaqla hədələyirlər.

Bu iki qadının hekayəsi, 2012-2014-cü illərdə 106 ölkədən olan 63 min qurbana aid problemin yalnız kiçik bir hissəsidir.

Bu insanların əksəriyyəti qadınlardır. Yenny Aude deyir ki, seks ticarəti Latın Amerikası ölkələrində həyatın sərt üzüdür.

"Bu görmək istəmədikləri və mübarizə aparmaq istəmədikləri bir həqiqətdir. Lakin bu real problemdir ".

Xəbər lenti