Rusiyanın Perm şəhərində üzlərində maska olan naməlum şəxslərin məktəbə etdiyi hücum nəticəsində səkkiz şagird və bir müəllimə bıçaq xəsarətləri alıb.
Mynews.az xəbər verir ki, bu barədə “RİA Novosti” Perm diyarının Ərazi Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin nümayəndəsi hadisə yerinə polis, təcili tibbi yardım əməkdaşları və Perm rəhbərliyindən olan nümayəndələrin göndərildiyini bildirib.
İnsident Motovilixinsk rayonunda yerləşən, xüsusi fənlərin intensiv şəkildə tədris olunduğu 127 nömrəli məktəbdə, yerli vaxtla 10:19 radələrində baş verib. Silahlı hücum nəticəsində doqquz nəfər bıçaq xəsarətləri alıb: Zərərçəkənlərdən biri müəllim, səkkizi şagirdir”, – deyə nazirliyin rəsmisi bildirib.
Hadisə yerində polis və həkimlər işləyir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub