İraqın paytaxtı Bağdadda baş verən partlayış onlarla insanın həyatına son qoyub.
Mynews.az xəbər verir ki, bu barədə BBC İraq KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, şəhər mərkəzinin Təyaran meydanında eyni vaxtda iki terrorçu kamikadze özünü partladıb. Hadisə nəticəsində azı 35 nəfər həlak olub, 90-dan çox insan yaralanıb. Bu, son üç gün ərzində İraq paytaxtında baş vermiş sayca ikinci intihar partlayışıdır. Partlayış qurbanlarının çoxunun ərazidə müvəqqəti tikinti işləri axtaran fəhlələr olduğu güman edilir.
Paralel olaraq Bağdadın şimal-şərqində yerləşən Cəmilə rayonunda isə terrorçuların törətdiyi partlayış nəticəsində iki mülki şəxs həyatını itirib, altı nəfər yaralanıb. Terror hücumlarına görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, əsas şübhələr İŞİD-ə yönəlib.
İraq ordusunun uğurlu əməliyyatlarından sonra “İŞİD halqası” daraldığından terrorçular qisas olaraq paytaxt Bağdadı tez-tez hədəfə alır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub