Yanvarın 18-də Ermənistanda Sisyan-Şəki avtomobil yolunda hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Sisyan-Şəki maşın yolunda təxminən 09:20 radələrində “VAZ 2107” və “Ural” markalı avtomobillər toqquşub.
Yol hadisəsi nəticəsində “VAZ 2107”-də olan Arşak Ovannisyan və Martik Ovannisyan həlak olub, yaralanan Elmira Sarkisyan isə Sisyan tibb mərkəzinə çatdırılıb.
Fakt üzrə Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 3-cü hissəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Ural” markalı maşında hərbi qulluqçular daşınıb. Hərbçilər qəzadan xəsarət almayıb, onların başqa avtomobillə hərbi hissəyə aparıldığı bildirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub