3 il əvvəl törədilən dəhşətli cinayətin üstü "Feysbuk"a yüklənən şəkil sayəsində açılıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, 2015-ci il mart ayının 24-də 20 yaşlı Ceyni Roz Antoyn 18 yaşlı rəfiqəsi Britney Qerqolu qətlə yetirib.
Polislər qızın cəsədini meşə yaxınlığındakı yoldan tapıblar. Onun boynunda kəmər olub. Ögey anası Britneyi qolundakı iki qulduz döyməsindən tanıyıb. 2 ildir davam edən istintaq hələ də qızın hansı səbəbdən öldürülməsini aşkarlaya bilməyib.
Lakin ötən gün Ceyni Roz Antoyni ölümündən əvvəl rəfiqəsi Britney ilə çəkdirdiyi şəklini paylaşıb. Ceynin belindəki kəmər cinayət yerində qızın boynunda tapılan kəmərlə eyni olub.
Şübhəli kimi saxlanılan Ceyni nəhayət, rəfiqəsini qətlə yetirdiyini etiraf edib. O, rəfiqəsini əvvəlcə spirtli içkiyə qonaq edib. Daha sonra kəmərlə boğub. Öldüyünə əmin olduqdan sonra isə evlərindən uzaqda yol qırağına ataraq qaçıb.
Faktla bağlı yeni dəlillər axtarılır.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub