Rusiyada azərbaycanlılara hücuma görə həbslər

629
Rusiyada azərbaycanlılara hücuma görə həbslər

Rusiyanın hüquq-mühafizə orqanları Volqoqradın cənubunda silahlı hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onlardan ikisi müvəqqəti təcrid etmə mərkəzinə yerləşdirilib, üçüncü şübhəli polis nəzarəti altında xəstəxanada müalicə olunur.

Mynews.az xəbər verir ki, bu barədə TASS cümə günü regionun güc strukturlarında çalışan mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl yayılan xəbərə görə, cümə axşamı Moskva vaxtı ilə axşam saat 19:00 radələrində Volqoqradın Krasnoarmeysk rayonunda yerləşən kafelərdən birinin yaxınlığında silahlı hücum (odlu və soyuq silahların tətbiq ilə) baş verib. Nəticədə bir nəfər həlak olub, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi açılıb.

“Əməliyyat-axtarış tədbirləri nəticəsində və şəhərdə həyata keçirilən “Perexvat” planı nəticəsində  şübhəlilərin minərək hadisə yerini tərk etdiyi “İnfiniti” və “Lada Priora” markalı  avtomobillər  aşkarlanaraq-saxlanılıb. Ümumilikdə üç şübhəli saxlanılıb – onlardan biri polis nəzarəti altında xəstəxanada müalicə alır, digər iki şübhəli müvəqqəti təcridxanaya yerləşdirilib”, - deyə agentliyin müsahibi bildirib.

Bölgənin istintaq idarəsi, saxlanılan şübhəlilərlə bağlı rəsmi qaydada ətraflı məlumatların bir qədər sonra ictimaiyyətə çatdırılacağını bildirib.

Volqoqrad diyar administrasiyasının səhiyyə komitəsindən verilən xəbərə görə, insident nəticəsində xəsarət alanlar hələ də xəstəxanadan buraxılmayıb. Əvvəl hər üç zərərçəkənin ağır vəziyyətdə olduğu bildirilsə də, hazırda onlardan birinin vəziyyəti orta-kafi qiymətləndirilir.

Xəbər lenti