Rusiyada 941 (şifrə adı “Akula”) layihəsi üzrə buraxılmış “Arxanqelsk” və “Sverstal” atom sualtı gəmiləri utilizasiya olunacaq.
Mynews.az xəbər verir ki, bu barədə “RİA Novosti” yanvarın 19-da gəmiqayırma sahəsindən olan mənbəyə istinadən məlumat yayıb.
Sualtı gəmilər Rusiya hərbi-dəniz donanmasının döyüş heyətindən çıxarılıb. Utilizasiyanın səbəbinə gəlincə, agentliyin müsahibi onların istismarına artıq lüzum olmadığını bildirib. “Rosatom”un sualtı gəmiləri 2020-ci ilə kimi utilizasiya edəcəyi bildirilir.
Hal-hazırda Rusiya Hərbi Dəniz Donanmasında döyüş heyətinin tərkibində olan 941U layihəsi əsasında hazırlanmış yeganə sualtı gəmi “Bulava” ballistik raketinin sınağının aparıldığı “Dmitri Donskoy” sualtı gəmisidir.
941 layihəsinə aid olan sualtı-gəmilər dünyanın ən böyük atom submarinləri sayılır. Layihə üzərində sovet konstruktoru Serqey Kovalyov işləyib. İlk bu tipdən olan TK-208 gəmisi 1980-ci ildə suya buraxılıb. Submarinin uzunluğu 172 metr, ağırlığı 49.8 min tondur. Ümumilikdə altı belə sualtı gəmi inşa olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub