Mahaçqala şəhərinin merinə qarşı cinayət işi açılıb. Musa Musayev torpaqların ayrılması zamanı səlahiyyətlərini aşmaqda şübhəli bilinir.
Mynews.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, müstəntiqlər hazırda Mahaçqala meri Musa Musayevlə sorğu-sual aparır.
“O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 286-cı maddəsində (“Yerli özünüidarəetmə orqanı başçısının səlahiyyətlərini aşmaqla ağır nəticələrə səbəb olan əməllər törətməsi”) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir”, - deyə İstintaq Komitəsinin mətbuat xidmətinin bəyanatında bildirilir.
İstintaq məlumatlarına görə, 2016-cı ilin baharında Mahaçqala meri burada 17.5 min kvadrat metr ərazini tutan torpaq sahəsinin respublikanın mülkiyyətində olduğunu bilə-bilə həmin sahənin 1.1 milyon rubla “ASPK” ASC-yə ayrılması ilə bağlı sərəncam imzalayıb.
Müstəntiqlər qeyd edirlər ki, ekspert rəyinə görə, əslində, həmin torpaq sahəsinin bazar qiyməti 81 milyon rubldan çoxdur. Merin bu qərarla qanunu pozduğu və respublika büdcəsinə ağır zərbə vurduğu iddia olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub