Cənubi Afrikada morqda saxlanılan qadın dünyaya uşaq gətirib.
Metbuat.az-ın məlumatına görə, hamilə qadın nəfəs çatışmazlığından xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Dəfn zamanı tabutu açan şəxslər, onun içində ananın cəsədi ilə yanaşı ölü doğulmuş uşaq görüblər.Ana və uşaq birlikdə dəfn olunub.
Bildirilir ki, hamilə qadın dünyasını dəyişdikdən sonra onun əzələləri fəaliyyətini itirib və nəticədə körpə ana bətnindən sürüşərək çıxıb.