“Ölkə.Az” xəbər verir ki, Muğla vilayətində 87 yaşlı kişinin dəfnində kürəkəni fəryad edib. Dəfn zamanı məsciddə molla insanlardan mərhum üçün halallıq vermələrini istəyib. Lakin dünyasını dəyişən adamın kürəkəni gözlənilmədən çığıraraq, haqqını halal etmədiyini deyib.
“Qayınatamdan alacağım vardı. Bu səbəbdən haqqımı ona halal etmirəm”, - deyə Damar Kocasarı qışqırıb.
Ölən şəxsin yaxınları onunla dalaşmaq istəsələr də, molla buna icazə verməyib. Məscidin dava yeri olmadığını deyən molla, D.Kocasarı qovub.
Sonradan jurnalistlərə açıqlama verən kürəkən bunları deyib: “Qayınatam uzun müddətdi xəstə idi. Ona lazım olan qədər qulluq etdim. Bütün xərclərini çəkdim. Bir sotluq yeri vardı. Həmin ərazinin pulunu verib aldım. Lakin xəstə olduğu üçün sənədləşdirməni sonraya saxladı. Günü-günə satdı və sənədləşmə yubandı. Özü öldü, indi ərazi sənədsiz qalıb. Bu üzdən haqqımı halal etmirəm və bundan sonra da etməyəcəyəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub