Türkiyədə aparıcılıq etdiyi "dini" verilişində "kedicik" adlandırdığı açıq-saçıq geyimli qadınları rəqs etdirən "ilahiyyatçı" Adnan Oktarla bağlı şikayətlərin ardı-arası kəsilmir.
Mynews.az Haberler-ə istinadla xəbər verir ki, son iki ay ərzində Adnan Oktarın "Adnan Oktar ile Sohbetler" adlı verilişindən RTÜK-ə (Türkiyə Radio Televiziya Qurumu) 444 şikayət daxil olub. Şikayətlərdə verilişin əxlaqa, islami dəyərlərə zidd olunduğu qeyd edilib.
Lakin, RTÜK şikayətlərlə bağlı tədbir görə bilmir. Buna səbəb isə kadrların efirdə yox, internet vasitəsi ilə yayımlanmasıdır. Belə ki, əxlaqsız kadrlar efirdə yox, youtube, facebook kimi sosial şəbəkələrdə yayımlanır və üzərinə kanalda yayımlanırmış kimi loqo vurulur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub