Argentinanın Səhiyyə Nazirliyi belə açıqlama ilə çıxış edib.
Mynews.az-ın məlumatına görə Milli.az El Mundo-ya istinadən bildirir ki, səbəb Argentinanın Kordova şəhərindəki uşaq xəstəxanasında (Cordoba Children's Hospital) yaşanan olaydır.
Gecə növbəsinə olan iki tibb bacısı dəhlizin ortasında, dolabın yanında durmuş çarpayının arxasından uşağın boylandığını görüblər. Tibb bacıları diqqətlə baxanda çarpayının arxasından uşağın yox, uşağa bənzəyən efemer məxluğun baxdığını görüblər.
Tibb bacılarından biri yaşananları smartfonla çəkib.
Onlar qışqırıblar, hadisə yerinə xəstəxananın mühafizəçiləri, həkimlər gəliblər.
Dəhlizdəki sirli görüntü yoxa çıxıb.
Həkimlər videogörüntüləri təhlil edəndən sonra deyiblər ki, bu görüntülərdə ötən həftə həmin mərtəbədəki palatalardan birində keçinmiş uşağın siması görünür.
Uşaq 500 saylı palatada keçinib.
Əksər ekspertlər isə dəhlizdə, ümumiyyətlə, heç bir görüntünün olmadığını desələr də, Argentinanın Səhiyyə Nazirliyi araşdırmalara başlayıb.
Dəhlizdə görünən qaraltının fiqur, yaxud optik illüzyia olduğunu araşqdırırıq. İstənilən halda bu olaya başdansovdu yanaşmaq niyyətində deyilik. Məsələ çox böyüyüb və həqiqətin üzə çıxarılmasına ehtiyac duyulur.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub