Türkiyənin Kilis əyalətinə Suriya ərazisindən üç raket atılıb.
Mynews.az xəbər verir ki,oxu.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, mərmilər şəhərin mərkəzinə düşüb, nəticədə bir nəfər yüngül xəsarətlər alıb, bəzi binalara ziyan dəyib.
Hadisə yerinə güc strukturlarının əməkdaşları cəlb edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə ordusu Bakı vaxtı ilə saat 18:00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.
Baş Qərargahın məlumatına əsasən, əməliyyatda 72 hərbi təyyarə iştirak edib, müəyyən edilmiş 113 hədəfdən 108-i vurulub.
Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub