Xəbər verdiyimiz kimi, dünən Türkiyə ordusu 72 qırıcını birdın havalandıraraq Afrindıki PKK/YPG terror qruplaşmasına qarşı hücuma keçib.
Dünya mediası isə niyə Türkiyənin birdən-birə 72 qırıcını havalandırmasını müzakirə edərkən isə təhlükəsizlik üzrə ekspert Abdullah Ağar buna aydınlıq gətirib.
Mia.az xəbər verir ki, o, 72 qırıcının birdən havalandırmasının anlamlı olduğunu bildirib. O, əməliyyata qatılan 72 qırıcının "Fərat qalxanı" əməliyyatı zamanı şəhid olan 72 türk əsgərinin ruhuna sayğı məqsədi daşıdığını deyib.
Ağar qeyd edib ki, Afrinə 72 savaş təyyarəsi ilə gerçəkləşdirilən hava hücumunun tarixdə bir bənzəri olmadığını bildirib: "Ən son 2007-ci ildə Iraqın şimalında bir əməliyyata 50 qırıcı qatılmışdı. Afrinə 72 qırıcı ilə edilən hücumda isə 113 hədəfdən 95.57 faizi dəqiq vurulub. Bu, bir rekorddur. Dünyada bunun bənzəri yoxdur".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub