Kişi polisə şikayət etdi ki, “Leksus”unu oğurlayıblar. Amma görün, əslində nə baş veribmiş!
Hadisə Ukraynanın Lvov şəhərində baş verib. “Leksus” markalı avtomobilin sahibi polisə şikayət edib ki, onun avtomobilini oğurlayıblar. Şikayətçi bildirib ki, o öz avtomobilini dayanacaqda saxlayıb, amma geri qayıdanda maşını orada tapa bilməyib.
Polis təcili olaraq hərəkətə keçib, axtarışlar başlayıb və maşın tapılıb. Avtomobil yaxınlıqdakı küçələrdən birində aşkarlanıb. Maşına hər hansı zədə dəyməyib, içərisindən heç nə götürülməyib, hətta qapıları da bağlı olub. Təbii ki, polislər vəziyyətdən şübhələniblər: Nəyə görə kimsə avtomobili dayanacaqdan qaçırıb qonşuluqdakı küçədə saxlasın?..
Kiçik bir araşdırmadan sonra bəlli olub ki, şikayətçi sərxoş vəziyyətdədir. Avtomobil isə heç də oğurlanmayıb. Sadəcə olaraq, “Leksus”un sahibi sərxoş olandan sonra avtomobilini harada saxladığını unudub. Maşını dayanacaqda saxladığını düşünən sərxoş kişinin ilk ağlına gələn versiya “oğurluq” olub və dərhal polisə şikayət edib. Avtomobil tapıldıqdan sonra kişi maşını orada saxladığını xatırlayıb və etiraf edib.
Amma onun üzrxahlığı onu cərimədən xilas etməyib. Yalan məlumata görə kişi cərimə olunub və taksi ilə evə göndərilib. (Kuryoz.com)