Türkiyə Suriyanın şimalında Vaşinqtonun dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” koalisiyasından olan kürdlərə qarşı aviareydlər keçirməyi planlaşdırdığı barədə Vaşinqtonu qabaqcadan xəbərdar edib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bazar günü ABŞ müdafiə naziri Ceyms Mettis jurnalistlərə verdiyi açıqlamada deyib.
“Türkiyə bizimlə açıq olub. Onlar hərbi təyyarələri göndərməzdən və aviareydlər keçirməzdən əvvəl bizi bu barədə xəbərdar edib və bizimlə məsləhətləşib”, – deyə Pentaqonun rəhbəri bildirib.
“Hal-hazırda hansı addımların atılacağını götür-qoy edirik”.
Türkiyə Silahlı Qüvvələrinin Baş Ordu Qərargahı şənbə günü, 1.5 milyon suriyalı kürdün yaşadığı Afrin rayonunda “Xalq Özünümüdafiə Qüvvələri” (YPG) və “Demokratik ittifaq” Partiyasından olan kürd biləşmələrinə qarşı “Zeytun Budağı” adlı əməliyyatın başladığını elan edib. Türkiyə ordusunun başlıca olaraq hədəfə aldığı “Xalq Özünümüdafiə Qüvvələri” ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” koalisiyasının əsas zərbəçi qüvvəsi sayılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub