Özbəkistanda cərrahlar 9 saat davam edən cərrahiyyə əməliyyatı sayəsində 11 aylıq körpənin bədənindən 13 iynə çıxarıblar.
Mynews.az milli.az-a istinadən bildirir ki, uşaq hazırda Daşkənddəki Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin reanimasiya bölməsindədir.
Professor Həbibulla Akilovun dediyinə görə, uşağın bədənində 3 iynə qaldığından təkrar cərrahiyyə əməliyyatı olacaq.
"Müayinə və analizlər zamanı bəlli oldu ki, o iynələr uşağın bədənində ən azı bir ay qalıb. İynələrin uşağın bədəninə necə düşdüyünün səbəbini hələlik bilmirik", - H.Akilov deyib.
Onun sözlərinə görə, Fərqanə vilayətinin sakini olan qadın yanvarın 22-də xəstəxanaya üz tutaraq uşağının halının pisləşdiyini deyib.
Həkimlərin dediyinə görə, uşaq iynələri uda bilməzdi. Kimsə o iynələri uşağın bədəninə yeridib.
Polis və prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub