Cənubi Sudanda qəbilələrin olduqca maraqlı, bir o qədər qeyri-adi ayinləri var.
Metbuat.az-ın məlumatına görə, qəbilə əhalisi ənənəyə görə, üzə və bədənlərinə kəskin bıçaqla işarələr qoyurlar. Ayindən sonra oğlan uşaqları qəbilə böyüklərinin arasına qatılır və artıq “yetkin” olaraq qəbul edilirlər.
Afrikada başqa ölkələrdə də tətbiq olunan üz nişanı” ayininə xüsusilə, ölkənin ən böyük etnik qrupları olan Nuer, Dinka, Mundari və Şillu qəbilələrində də rast gəlinir.
Bu ayin qızlar arasında da tətbiq olunur və gözəllik, göstəriş simvolu sayılır.
Ölkənin Tonj şəhərində doğulub böyüyən 40 yaşlı Marial Akon bu ayin haqqında açıqlama verib. Onun sözlərinə görə, atalarının yüz illərdir qoruduqları ənənələrini davam etdirirlər. Ümumilikdə, 14 yaşına çatan, səsləri dəyişən və bədənində böyümə əlamətləri olan uşaqlar seçilərək mərasimə hazırlanır. Uşaqlara “üz nişanı” qoymazdan əvvəl onlar bir evdə toplanır və normal vaxtda hər şey yeyib-içmək sərbəstliyinə malik uşaqlara müəyyən məhdudiyyətlər qoyulur”.
Akon deyir ki, “üz nişanlama” günü ailələr və təbii ki, uşaqlar üçün çox həyəcanlı gün olur. Üzü işarələnən oğlanlar qəbilələr arasında hörmətli sayılır. Ayinin səhəri günü heyvan kəsib bunu qeyd edirlər.
Ölkədəki qəbilələrin hər birinin özünəməxsus işarəsi olur. Belə ki, Dinka qəbiləsi üzünə 2 və ya 4 paralel xətt atır ya da V formasında kəsir.
Mundari qəbiləsinin də istifadə etdiyi işarə V formasıdır. Nuer qəbiləsi isə Dinkalılar kimi paralel xəttlər çəkir, ancaq onlar 6 cız işarə atırlar.
Qəbilələr arasında ən fərqli və diqqət çəkən üz nişanı isə üzünə nöqətələr qoyan Şillu qəbiləsidir.