Erməni ordusunda işgəncə və təhqirlər

661
Erməni ordusunda işgəncə və təhqirlər

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçu Edqar Akopyan işgəncəyə məruz qalıb.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Forrights.am saytı məlumat yayıb.

Müqavilə əsasında müddətdən artıq hərbi xidmət keçən Edqar Akopyan ədalətin öz yerini tapması üçün Dağlıq Qarabağdan Yerevana gəlib. Lakin burada heç kim ona qarşı törədilən zorakılıqlar – döyülməyini və işgəncələrə məruz qaldığını – barədə şikayətlərini dinləmək istəmir.

“İki-üç ay əvvəl  böyrəklərimdə kəskin ağrılar başladı. Məni Xankəndi xəstəxanasına göndərdilər, oradan isə Yerevana”, - Akopyan jurnalistlərə açıqlamasında danışıb.

Müalicəyə icazə verilməsi üçün hərbi komandanlığa azı 3 dəfə ərizə ilə müraciət edib:

“Komandirim hər dəfə ərizələrimi cırırdı. Anam komandirlə görüşmək istəsə də, onu qəbul etmədi. O mənə bildirdi ki, cəbhə xəttinə getməliyə əks halda hərbi tribunala veriləcəyəm”.

O hüquqlarını müdafiə etməyə çalışan zaman, ona bu sözlər deyilib:

“Bura Ermənistan deyil, get kimə istəyirsən şikayət elə”. 

Əksər hallarda o ağır söyüşlərlə təhqir olunub.

Son aylarda  vəziyyəti daha da pisləşib.  Bir neçə dəfə hərbi polis tərəfindən döyülüb.

Özünün dediyinə görə, yanvarın 8-də  gecə saatlarında  hərbi polis zabitləri onu  HP istintaq şöbəsinə aparıb və  İstintaq şöbəsinin rəisi iki digər işçisi  ilə birgə  onu səhər saat altıya kimi döyüb, ünvanına təhqirlər yağdırıb.

Edqar bildirir ki, sonuncu dəfə onu 5-6 gün əvvəl, hərbi hissəni tərk etməyə çalışan zaman döyüblər:   

“O qədər möhkəm döydülər kimi  böyrək, çiyin, baş nayihəsində zərbələrin izləri indiyə kimi qalıb”. Sonra polis əməkdaşının köməkliyi ilə o yenidən cəbhə xəttinə qaytarılıb.

Xəbər lenti