Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.
Mynews.az Haberturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, “Zeytin budağı” əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PKK-nın Suriya qou olan PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatlarına başlayıb. Əməliyyatlar zamanı Türkiyə ordusunun hərbçiləri Musa Özalkan və leytenant Oğuz Kaan Usta şəhid olmuşdu.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub