ABŞ-ın ata biləcəyi va atması lazım bilinən vacib bir addım var: o da son iki ildə PYD/YPG-yə göndərdiyi bütün silahları onlardan geri almaqdır.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu CNN International-a açıqlamasında Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Əslində PYD/YPG-yə hərbi dəstəyin verilməsi İŞİD-lə mübarizə çərçivəsində belə demək mümkünsə, məqbul sayılırdı. Bizə də dəfələrlə “İŞİD təhdidi ortadan qalxdıqdan sonra PYD/YPG-yə hərbi dəstək verilməyəcək” - dedilər. Artıq İŞİD təhdidi aqradan qaldırılıb. Ancaq təəssüflər olsun ki, hərbi-əsgəri yardım, silah- sursatlar PYD/YPG-yə getməkdə, göndərilməkdə davam edir. Burada soruşulması lazım bilinən sual budur: Nədən hələ də onları dəstəkləyirsiniz? İŞİD təhdidi artıq yoxdur. Bu silahları bizə və ya ərəblərə, türkmənlərə və digər suriyalılara qarşı istifadə etməyəcəklərini haradan və necə bilirsiniz?. ABŞ çoxlu vədlər verib, lakin onların heç birinə əməl etməyib” - deyə, Kalın daha sonra sözlərinə əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub