"Yeşilçam"ın Sezerciyi Sezer İnanoğlu haqqında keçmiş arvadı Mehtap Meral Kaykasoğlunun şikayəti əsasında başlayan məhkəmə prosesi yekunlaşıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, Sezerin onu ölümlə hədələdiyini bildirən Mehtap məhkəmədən aktyorun 2 ilədək həbsini tələb etmişdi. Baş tutan proses zamanı isə inanoğlu " Onu heç vaxt ölümlə təhdid etmədim. Məndən niyə şikayət ərizəsi verib bilmirəm. Günahsızam. Onunla hələ də görüşürük və aramızda problem yoxdur. Bəraətimə qərar verilsin" deyib. Hakim Mehtap Meralın şikayətindən vaz keçməsi və sübut çatışmazlığı səbəbindən Sezer İnanoğlunun günahsız olmağına qərar verib.
Qeyd edək ki, 2007-2009-cu illərdə ailəli olan cütlüyün Arzum adlı bir qızı var. Sezerin mirasının himayəçiliyi anasında olan qızına çatmaması üçün Meralı şantaj etdiyi, onu öldürəcəyi ilə hədələdiyi deyilirdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub