Tailandda buddizm mərasiminin icrası məqsədilə noyabr ayında dəfn edilmiş rahibi məzardan çıxarıblar. Hadisənin şahidləri rahibin cəsədini görərkən şoka düşüblər. Belə ki, məzarda olarkən rahibin üzündə təbəssüm yaranıb.
Mərkəzi ərazilərində tanınmış din xadimi olub. Əslən Kambocadan olan rahib ötən il noyabrın 16-da 92 yaşında dünyasını dəyişib. Amma dünən xüsusi budda mərasiminin icrası üçün onun cəsədini məzardan çıxarmaq lazım gəlib. Rahibin dini fəaliyyətinə pərəstiş edənlər onun cəsədinə baxarkən heyrətə gəliblər. Onun cansız yaşıl sifətinə yumşaq bir təbəssüm çöküb.
Həmçinin onun cəsədi sanki məzarda 2 ay deyil, 36 saat qalmış kimi görünür. Buddizm möminlərinin fikrincə, rahib həqiqi “nirvana” mərhələsinə qədəm qoyub. “Nirvana” – budda məzhəbinə görə, insan öldükdən sonra onun ruhunun əzab-əziyyətlərdən qurtularaq əbədi səadətə qovuşmasıdır. Kuryoz.com fotonu təqdim edir:
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub