Hindistanda dəmiryolu fonunda esktrimal selfi çəkdirmək fikri Heydərabad şəhərinin sakininə baha başa gəlib.
Mynews.az-ın məlumatına görə, bloqeri qatarın vurduğu anın görüntüsü “Youtube” videoportalına yerləşdirilib.
Gənc ekstrim həvəskarı lokomotiv və vaqonlar fonunda maraqlı foto və ya videoçarx çəkməyə çalışıb, ancaq relslərə çox yaxınlaşıb. Hadisənin görüntüsündə dostlarının onu fikrindən daşındırmağa çalışdığını görmək olur, ancaq o, məsafənin təhlükəsiz olduğunu, hər şeyi düzgün hesabladığını deyib.
Xəsarət alan gəncə qısa zamanda tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirir.
“YouTube”dakı videonun şərhlərində bəzi istifadəçilər bloqerin bu hərəkətini qınadığını və onun payını aldığını bildirib. Ancaq çoxları bloqerin toqquşmadan sonra sağ qalmasına heyrətlənib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub