Saxalində "Vostok" balıqçı gəmisinin itməsi ilə əlaqədar cinayət işi açılıb.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildiriblər.
Təhqiqat RF Cinayət Məcəlləsinini 236-cı maddəsinin 3-cü bəndi üzrə (Dəniz nəqliyyatının hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması - ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) aparılır.
"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib. Axtarışlar davam edir.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizində itən gəmidə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır.
Rusiya Fövqəladə Hallar Nazirliyindən isə Trend-ə deyiblər kİ, gəminin göyərtəsində hansı ölkələrin vətəndaşlarının olduğu hələ məlum deyil.
Qeyd edək ki, Yapon dənizində göyərtəsində 21 nəfər olan balıqçı gəmisi itib. Məlumatlı mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.
10:00
Yapon dənizində göyərtəsində 21 nəfər olan “Vostok” balıqçı gəmisi ilə rabitə kəsilib. Gəminin göyərtəsində Rusiya, Moldova, Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.
Mynews.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə istinadən xəbər verir.
Qəza radio-siqnalının ötürüldüyü yerə sahil mühafizə xidmətinin gəmisi, xilasedici-yedəkçi gəmi və BE-200 təyyarəsi göndərilib.
Axtarışlar hələlik bir nəticə verməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub